Rusiyanın Kamçatka diyarında 5 bal gücündə zəlzələ qeydə alınıb.
Milli.Az xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialında bildiriblər.
Məlumata əsasən, zəlzələ Petropavlovsk-Kamçatski şəhərindən 113 km məsafədə baş verib. Təkanların episentri 20 km dərinlikdə yerləşib.
Milli.Az