Aygün Kazımovanın illər əvvəlki VİDEOsu yenidən gündəmdə

16 Noyabr 2025 17:28

Xalq artisti, Azərbaycanın Pop Divası Aygün Kazımovanın illər əvvəl keçirilən konsertlərindən birinə aid maraqlı görüntü sosial şəbəkələrdə yenidən gündəmə gəlib.

Milli.Az xəbər verir ki, kadrlarda məşhur sənətçi səhnəyə dəvət olunan azyaşlı fanatı ilə pozitiv, səmimi və zarafatcıl dialoq qurmağa çalışır.

Uşağın həyəcanlı olduğunu görən Aygün Kazımova onu sakitləşdirməyə çalışır, mehribanlığı və diqqəti ilə bütün zalın rəğbətini qazanır. Pop Divaların jestləri, səmimiyyəti və uşağa yönəltdiyi incə sözlər izləyicilər tərəfindən xüsusi rəğbətlə qarşılanıb.

Görüntülər sosial mediada sürətlə yayılıb və istifadəçilər tərəfindən çoxsaylı müsbət rəylər yazılıb. Şərhlərdə Aygün Kazımovanın illərdir dəyişməyən səhnə mədəniyyəti, uşaq sevgisi və pozitiv enerjisi yüksək qiymətləndirilib.

Bir çox izləyici videonun altına "Aygün xanımın səmimiyyəti hər zaman seçilib", "Pop Diva səhnədə də, həyatda da böyüklüyünü göstərir", "Bu görüntülər uşaqlıq xatirələrimizi qaytardı" kimi şərhlər yazıblar.

Musa
Milli.Az