"Oğlum hər an ölə bilər" - efirdə göz yaşları tökdü - VİDEO

16 Noyabr 2025 13:54

İllər öncə ağır əməliyyat keçirərək ölümdən döndüyünü açıqlayan meyxanaçı-müğənni Samirə bu dəfə qonaq olduğu verilişində duyğulu anlar yaşayıb.

Milli.Az xəbər verir ki, eriliş zamanı aparıcı Samirəyə sürpriz edərək onun övladı Fəridi telefon bağlantısı ilə efirə qoşub. Oğlunun səsini eşidən sənətçi göz yaşlarını saxlaya bilməyib.

Emosional anlar studiyadakıları da kövrəldib.

Samirə isə göz yaşları içində bu sözləri deyib:

"Allah övladlarımı bəxtəvər etdin. Baxım fəxr edim. Oğlum hər an ölə bilər. Bunu yaşaya bilmərəm. Allah ondan əvvəl mənə nəsib etsin".

Həmin kövrək anları təqdim edirik:

Musa
Milli.Az