Tanınmış xanəndə və idmançı Pərviz Qasımov verilişlərin birində anasından danışarkən duyğularına hakim ola bilməyib.
Milli.Az xəbər verir ki, verilişin gedişində Pərviz Qasımov anasının həyatında oynadığı roldan, uşaqlıq xatirələrindən söz açıb.
O, deyib ki, anasının ona verdiyi dəstək onun üçün hər zaman dünyanın ən böyük dəyəri olub. Bu xatirələri yad edərkən, səsi titrəyib və göz yaşlarını saxlaya bilməyib.
"Anam məni hər addımda ruhlandırıb, uğurlarımda onun əməkləri var. Uşaq vaxtı xəstəliklərim olub dayanan yerdə ürəyim gedirdi. Bütün bunlardan anamın dəstəyi ilə ayağa qalxıb bu günki günə gəlmişən" - deyə, xanəndə vurğulayıb.
Sənətçinin səmimi çıxışı tamaşaçılarda böyük duyğu doğurub və sosial mediada da geniş paylaşılıb.
Musa
Milli.Az