Türkiyə millisi 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində evdə Bolqarıstanı 2-0 hesabı ilə məğlub edib.
Milli.Az xəbər verir ki, bu nəticə ilə "ay-ulduzlular" qrupda ilk iki yerdən birini təmin edərək, pley-off mərhələsinə vəsiqə qazanıb.
Türkiyənin qollarını Hakan Çalhanoğlu (penalti) və bolqar oyunçu Atanas Çernev (avtoqol) vurub.
16-cı dəqiqədə Türkiyəyə penalti təyin edilib. Hakan Çalhanoğlu topu dəqiq yerinə yetirərək millini önə çıxarıb. 83-cü dəqiqədə ikinci qol vurulub: Hakanın zərbəsi nəticəsində top Bolqarıstan müdafiəçisi Atanas Çernev tərəfindən öz qapısına göndərilib.
Bu nəticə ilə Türkiyə millisi xallarını 12-yə çatdıraraq qrupda ilk iki yerdən birini təmin edib. Bolqarıstanın isə 0 xalı var.
Qrupun son turunda Türkiyə səfərdə İspaniya ilə qarşılaşacaq. Əgər milli İspaniyanı böyük fərqlə məğlub edə bilsə, qrup birincisi olaraq birbaşa Dünya Kubokuna vəsiqə qazanacaq. Əks halda, ikinci yer pley-off mərhələsində mübarizəni davam etdirməyə imkan verəcək.
Milli.Az