Bir çox insan Britaniya filmlərində və ya İngiltərəyə səfər edəndə evlərin mətbəxində paltaryuyan maşın görüb təəccüblənib. Bəzi ölkələrdə paltaryuyan əsasən hamamda, kilerdə və ya ayrıca çamaşır otağında olur. Bəs İngiltərədə bu cihaz niyə israrla mətbəxdə yerləşdirilir?
Milli.Az xəbər verir ki, əslində bu, zövqdən çox tarixi və texniki səbəblərdən yaranan bir zərurətdir.
İngiltərədəki evlərin böyük hissəsi Viktoriya və Edvard dövrlərinə aid köhnə tikililərdir. Bu evlərin çoxu 100-150 il əvvəl inşa edilib və o dövrün planlaşdırılması müasir məişət cihazları nəzərə alınmadan aparılıb.
Bu səbəbdən belə evlərdə paltaryuyan maşın üçün ayrıca yer yoxdur. Evlər dar, otaqlar kiçikdir və tikildiyi dövrdə elektrikli cihaz anlayışı belə yox idi.
1950-60-cı illərdə paltaryuyan maşınlar geniş yayılmağa başlayanda insanlar belə böyük cihazı evin hara qoyacağını düşünməyə məcbur oldular. Evdə adətən yalnız iki "su ilə işləyən" zona olurdu: mətbəx və hamam. Lakin seçimin mətbəxə düşməsinin əsas səbəbi təhcizat idi.
Paltaryuyan maşının işləməsi üçün üç əsas tələb var:
İngiltərə evlərində mətbəx bu üç şərtin hamısının hazır şəkildə olduğu yeganə yerdir. Burada su xəttləri, paltaryuyan üçün əlavə bağlantı nöqtəsi, güclü su axınını təmin edən kanalizasiya borusu artıq mövcuddur.
Hamamlar isə İngiltərədə çox kiçik olur və əlavə cihaz üçün nə yer, nə də uyğun su-elektrik sistemi var. Paltaryuyanı başqa yerə qoymaq istəsəniz, evboyu boru çəkmək, divarları sındırmaq və yeni quruluş yaratmaq lazımdır - kifayət qədər bahalı və çətin bir işdir.
İngiltərədə hamamlar rütubətli və suyun çox olduğu riskli məkan sayıldığından, yüksək güc tələb edən elektrik cihazlarının burada istifadəsi ciddi şəkildə məhdudlaşdırılıb. Elektrik yuvalarının belə hamamlarda istifadəsində ciddi məhdudiyyət var.
Bu səbəbdən paltaryuyan kimi güclü cihazların hamamda yerləşdirilməsi təhlükəsiz sayılmır.
Lalə Qüdrətova
Milli.Az