Azərbaycan - Fransa oyununda qapımızı o, qoruyacaq

15 Noyabr 2025 21:29

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun son oyunu çərçivəsində keçiriləcək Azərbaycan - Fransa oyununda yığmamızın qapısını qoruyacaq qolkiper bəlli olub. 

Milli.Az xəbər verir ki, yığmamızın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında qapı xəttində Şahruddin Məhəmmədəliyevin olacağını açıqlayıb. 

Xatırladaq ki, 2 gün əvvəl İslandiyaya qarşı matçda (0:2) milli komandamızın qapı xəttində Aydın Bayramov olmuşdu. Ş.Məhəmmədəliyev cəza səbəbindən matçı buraxmalı olmuşdu.

Qeyd edək ki, Azərbaycan - Fransa matçı 16 noyabr saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.

Milli.Az