Telefonun bu gizli parametri batareyanın ömrünü 3 dəfə uzadırmış

16 Noyabr 2025 23:29

Ağıllı telefon istifadə edən milyonlarla insanın bilmədiyi gizli bir parametr ortaya çıxıb. Mütəxəssislərin sözlərinə görə, bu sadə funksiyanı aktiv edən istifadəçilərdə batareyanın işləmə müddəti 3 dəfə artıb.

Milli.Az xəbər verir ki, telefonun sazlamalar menyusunda gizlənmiş xüsusi bir funksiya, batareyanın ömrünü nəzərəçarpacaq dərəcədə uzada bilər. Çoxlarının xəbərsiz olduğu bu parametr xüsusilə uzun günlərdə telefonun daha dayanıqlı olmasına kömək edir.

Mütəxəssislərin vurğuladığı bu gizli parametr "arxa planda çalışan tətbiqlərin məhdudlaşdırılması və prosessorun optimallaşdırılması" prinsiplərinə əsaslanır. Telefon istehsalçıları performans itkisi yaşanmaması üçün bu seçimi standart olaraq deaktiv saxlayır. Aktiv edildikdə isə cihaz lazımsız enerji sərfini avtomatik olaraq dayandırır.

Bu ayar açıldıqda:

İstifadəçi rəylərinə görə bu funksiyanı aktiv edənlərdə batareyanın işləmə müddəti adi günlə müqayisədə 2-3 dəfə çoxalır. Xüsusilə səyahət zamanı, çöldə uzun müddət qalarkən və yorucu iş günlərində böyük üstünlük yaradır.

Bu parametr telefonlarda harada olur?

Menyunun adı marka və modelə görə dəyişsə də, adətən aşağıdakı bölmələrdə tapılır:

Batareya və Performans

Təkmilləşdirilmiş Parametr

Arxa Plan Tətbiqlərin İdarə edilməsi

Uyğunlaşan Batareya / Ağıllı Batareya

Bu funksiya aktiv ediləndə telefon lazımsız prosesləri avtomatik söndürür, enerjini vacib hissələrə yönləndirir və beləliklə, batareyanın ömrü təxminən 3 dəfə artır.

Lalə Qüdrətova
Milli.Az