Rusiyada çox təhlükəli hadisə baş verib.
Milli.Az xəbər verir ki, 3 yaşlı uşaq valideynlərinin gözləri qarşısında lift şaxtasına düşüb. Məlumata görə, ailə liftin gəlməsini gözləyərkən liftin qapısında olan boşluğa toxunan azyaşlı ehtiyatsızlıq nəticəsində şaxtaya yıxılıb.
Valideynlərin panik içində qaldığı anlar təhlükəsizlik kamerasına düşüb. Hadisə zamanı uşağın atasının göstərdiyi çevik reaksiyanın sayəsində körpə böyük çətinliklə də olsa xilas edilib. Onun müxtəlif yüngül xəsarətlər aldığı, ancaq faciənin son anda qarşısının alındığı bildirilir.
Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər binadakı liftlərin texniki vəziyyətinə ciddi nəzarət edilməsinin vacibliyini vurğulayıblar.
Hadisənin görüntüləri isə izləyənləri şoka salıb.
Musa
Milli.Az