Məşhur müğənninin arvadının 50 minlik ayaqqabısı gündəm oldu - FOTO

16 Noyabr 2025 09:34

Türkiyəli məşhur müğənni Alişanın həyat yoldaşı Buse Varol bahalı geyimi ilə yenidən diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, son günlər kameralara tuş gələn Buse Varolun ayaqqabılarının 50 min lirə (təxminən 2 min manatdan çox) dəyərində olduğu iddia edilib.

Yayılan xəbərlərə münasibət bildirən Buse ayaqqabıların ona hədiyyə edildiyini vurğulayıb:

"Geyindiyim model məşhur brendə məxsus deyil, amma saxta da deyil. Reklam məqsədli istifadə etmirəm, sadəcə mənə hədiyyə olunub".

Musa
Milli.Az