Mərhum Xalq artisti Yaşar Nurinin qızı, Ülviyyə Yaşarqızı, dünyasını dəyişib.
Milli.Az-ın məlumatına görə, bu barədə "Elgizlə izlə" proqramında bildirilib.
Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım bildirib ki, Ülviyyənin qəfildən vəziyyəti pisləşib və gecə saat 4-də vəfat edib:
"Gündüz birgə danışıb, gülüşdük. Axşam zəng edib ki, gəl, amma qəfil baş verdi", - deyə Rəhimə xanım əlavə edib.
Ülviyyə 47 yaşında idi. Qeyd edək ki, Xalq artistinin iki qızı var; digər qızı Ülkər isə müğənnidir. Ülviyyə bir neçə il öncə avtomobil qəzasında həyat yoldaşını itirmişdi.
Milli.Az