Argentinanın paytaxtı Buenos-Ayresdəki sənaye parkında güclü partlayış olub.
Milli.Az xəbər verir ki, ərazidə kimya və plastik zavodları daxil olmaqla ən azı 25 müəssisə fəaliyyət göstərir. Hadisə nəticəsində 200-dən çox insan təxliyə edilib, 22 nəfər yaralanıb.
Qeyd edilir ki, alovun hündürlüyü 20 metrə çatıb, partlayışın səbəbi isə hələ məlum deyil.
Asya Hüseyn
Milli.Az