Kiflənmiş məhsulları yemək xərçəng yaradır

15 Noyabr 2025 22:00

Kiflənmiş meyvələri qətiyyən yeməyin.

Milli.Az xəbər verir ki, bu barədə ekspert Mariya Zolotaryova xəbərdarlıq edib.

"Kif göbələkləri insan sağlamlığı üçün təhlükəli sayılır. Onlar təkcə məhsulların görünüşünü korlamır. Həm də zəhərlənmə əlamətlərinə səbəb ola bilər. Kif sporları havada asan yayılır və soyuducular kimi rütubətli yerlərdə daha sürətlə çoxalır.

Sporlar gözlə görünməsə də yaxınlıqda olan digər qidaların üzərinə qonur və zaman keçdikcə orada inkişaf edir. Nəmliliyi çox olan və yumşaq qabıqlı məhsullar daha tez yoluxur. Məsələn giləmeyvə, çörək, pendir, kolbasa, mürəbbə və turş süd məhsulları. Bu məhsullardan birində kif varsa digərlərinin də yoluxmuş ola biləcəyi ehtimalı böyükdür.

Kif göbələkləri mikotoksin adlı təhlükəli maddələr əmələ gətirir. Bu maddələr istiyə davamlıdır və bişirmə yolu ilə yox olmur. Bəzi mikotoksinlər xərçəng riskini artırır. Həmçinin qaraciyər və böyrəklərə zərər verir. Allergiya yarada bilər"

Buna görə də bir qabda saxlanılan məhsullardan hər hansı birində kif görülərsə həmin məhsulu və yanında olanları yemək məsləhət deyil. Məsələn bir giləmeyvə kiflənibsə bütün qabı atmaq daha təhlükəsizdir. Çörək və pendir üçün də eyni qayda keçərlidir", - ekspert fikrini yekunlaşdırıb.

İsmayıl
Milli.Az