Kenan Yıldızın Yuventusdan istədiyi maaş gündəm oldu

14 Noyabr 2025 23:10

Yuventus klubunda türk əsilli gənc futbolçu Kenan Yıldızla bağlı maaş məsələsi gündəmdə qalmağa davam edir. 19 yaşlı hücumçunun müqaviləsi 2029-cu ilə qədər qüvvədə olsa da, tərəflər arasında maaş artımı ilə bağlı hələ də razılaşma əldə olunmayıb.

Milli.Az xəbər verir ki, Kenan Yıldızın illik 6 milyon avro maaş tələb etdiyi, Yuventus rəhbərliyinin isə futbolçuya 5 milyon avro təklif etməyə hazırlaşdığı bildirilir. Bu fərq səbəbindən danışıqlar yavaş irəliləyir və vəziyyət qeyri-müəyyən olaraq qalır.

Kenan Yıldız hal-hazırda Yuventusdan 1.7 milyon avro qazanır. Gənc futbolçu indiyədək bütün turnirlər üzrə 98 oyunda 19 qol vurub və 15 qolun ötürməsini verib - ümumilikdə 34 qolda pay sahibi olub. Bu çıxışı ilə həm Yuventusun, həm də Avropanın böyük klublarının diqqətini çəkib.

Xəbərə görə, Kenan komandanın digər ulduzu Conatan Davidin illik 6 milyon avro maaş almasını misal göstərərək eyni səviyyədə əməkhaqqı istəyir.

Lalə Qüdrətova
Milli.Az