Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

14 Noyabr 2025 20:46

Avtomobil yollarında vəziyyət açıqlanıb.

Milli.Az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, noyabrın 15-də ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı gözlənilir.

Milli.Az