Əməkdar artist Milli Onkologiya Mərkəzinə köçürüldü

14 Noyabr 2025 20:15

Atamın vəziyyəti yaxşı deyil. Bir neçə gündür Milli Onkologiya Mərkəzinə köçürülüb.

Milli.Az xəbər verir ki, bu sözləri Teleqraf-a əməkdar artist Yadigar Muradovun oğlu Yaşar Muradov deyib.

"Boğazındakı şişlər nəfəs borusunu sıxır və beyinə gedən arterial böyük damarı təzyiq altında saxlayır. Bu səbəbdən beyin yarımkürələrində qan sızmaları yaranıb. Hazırda reanimasiyadadır. Biz əməliyyat etdirmək istəyirik, amma həkimlər bu vəziyyətdə əməliyyat aparmağa risk etmirlər", - Yaşar Muradov əlavə edib.

Qeyd edək ki, Yadigar Muradov xərçəng xəstəliyindən əziyyət çəkir. O, bir müddət əvvəl Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Milli.Az