Yürqen Kloppun yeni ünvanı bəlli oldu

14 Noyabr 2025 19:49

Liverpuldan ayrıldıqdan sonra heç bir komanda ilə işləməyən dünyaca məşhur alman məşqçi Yürqen Klopp gözlənilməz qərarla yenidən ekranlara qayıdır. Klopp 15 ildən sonra ilk dəfə olaraq yenidən televiziya şərhçiliyi edəcək.

Milli.Az xəbər verir ki, Alman Telekomun rəqəmsal platforması MagentaTV 2026 FIFA Dünya Kuboku ərzində Yürqen Kloppun futbol analitiki və ekspert şərhçi kimi fəaliyyət göstərəcəyini açıqlayıb. 

Klopp televiziyaya yad deyil. O, 2005-2008-ci illərdə ZDF-də, 2010-cu ildə isə RTL kanalında Dünya Kuboku və Avropa Çempionatları zamanı futbol analitikliyi etmişdi. Sonrakı illərdə isə o, bütün diqqətini məşqçilik karyerasına yönəltmişdi.

Bu dəfə təcrübəli məşqçi 15 ildən sonra yenidən şərhçi qismində ekranlara çıxacaq.

Dünya Kubokunu ABŞ, Kanada və Meksikadan izləyərək şərh edəcək.

Kloppun müvəqqəti olaraq məşqçiliyə ara verərək televiziya ekranlarına qayıtması Almaniyada və beynəlxalq futbol ictimaiyyətində böyük diqqət çəkib. Onun gələcəkdə yenidən komanda çalışdırıb-çalışdırmayacağı isə hələlik müəyyən deyil.

Lalə Qüdrətova
Milli.Az