Bakıda zəncirvari qəza: yaralanan var - YENİLƏNİB - FOTO

14 Noyabr 2025 19:51

"20 Yanvar" körpüsü yaxınlığında zəncirvari qəza olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə 3 avtomobilin iştirakı ilə baş verib.

Qəza nəticəsində hər üç avtomobilə ciddi ziyan dəyib.

BDYPİ-dən bildirilib ki, 3 avtomobilin iştirakı ilə baş verən qəzada xəsarət alan var.

Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az