Silah zavodundakı qəzada həlak olan mayor imiş - FOTO

14 Noyabr 2025 18:44

Xəbər veridiyimiz kimi, bu gün günorta saatlarında "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturuna daxil olan "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası baş verməsi nəticəsində İsmayılov Adil Balaş oğlu həlak olub.

Milli.Az xəbər verir ki, o, ehtiyatda olan mayor olub.

O, 1993-94-cü illərdə Azərbaycan Respublikası Müdafiyə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində Ağdərə, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.

44 günlük Vətən müharibəsi zamanı MSN istehsal olunan məmulatların tətbiqi və istismarına etdiyi köməyə görə Dövlət Sərhəd Xidmətinin və Müdafiyə Sənayesi Nazirliyinin rəhbərliyi tərəfindən mükafatlandırılmışdır.

Ehtiyatda olan mayor-İsmayılov Adil Balaş oğlu 1969-cu il 3 sentyabrda Yardımlı rayonunun Arus kəndində anadan olub.

Ailəlidir, 3 övladı və 4 nəvəsi var. (metbuat.az)

Milli.Az