İradə İbrahimova boşanıb?

14 Noyabr 2025 18:54

Müğənni İradə İbrahimova şəxsi həyatı ilə bağlı yayılan xəbərlərə son qoyub.

Milli.Az xəbər verir ki, sənətçi "Qonaqcanlı" verilişində son günlər Bakıda çox olmasının birmənalı qarşılanmamasına aydınlıq gətirib:

"Hazırda İradə Bakıdadırsa həyat yoldaşından dəstək gördüyü üçün buradadır. Ailəmə, həyat yoldaşıma təşəkkür edirəm ki, dəstək olurlar. Onların dəstəyi olmasa buraya gəlməyim mümkün deyildi.

Əslində əvvəl də dəstək görürdüm. Övladlarımı kənara qoymağa qıymırdım. Analıq hissi məndə hədsiz aşdı-daşdı. Mənə çox ehtiyacları var idi. İndi də var. O vaxt daha körpə idilər, qıyıb gedə bilmirdim. Amma o vaxt da səhnəyə istədiyim zaman gedə biləcəyimi deyirdilər".

Qeyd edək ki, Türkiyədə yaşayan sənətçinin son vaxtlar Bakıda çox olması onun həyat yoldaşından ayrılmasa ilə bağlı iddialar ortaya atıb. (Axşam.az)

Milli.Az