Azərbaycan - Fransa matçının hakim bəlli oldu

14 Noyabr 2025 17:25

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində D qrupunun 6-cı turunda keçiriləcək Azərbaycan - Fransa qarşılaşmasının hakimləri açıqlanıb.

Milli.Az xəbər verir ki, görüşün baş hakimi latviyalı Andris Treimanis olacaq.

Ona yan xətt hakimləri Haralds Qudermanis və Aleksey Spasennikov, dördüncü hakim funksiyasını isə Vitali Spasennikov yerinə yetirəcək.

Beləliklə, oyunu idarə edəcək bütün hakimlər briqadası Latviyanı təmsil edir.

Azərbaycan - Fransa matçı 16 noyabr tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq və qarşılaşma saat 21:00-da start götürəcək.

Tural
Milli.Az