"ARB" telekanalı öz fəaliyyətini davam etdirəcək".
Milli.Az xəbər verir ki, telekanaldan verilən məlumata görə, "ARB" və "ARB 24" kanalları "ARB 24 MMC"nin tərkibində fəaliyyətlərini davam etdirir.
Kanalın fəaliyyətinə xitam verilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
----------
"ARB TV" MMC-nin fəaliyyətinə xitam verilir.
Milli.Az Teleqraf-a istinadən xəbər verir ki, bununla da MMC "Stream-Info" MMC-yə qoşulduğunu və "Stream-Info" MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edib.
Qeyd edək ki, "ARB TV" MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin hazırkı qanuni təmsilçisi isə Sultanov Emin Vaqif oğludur. MMC-nin bundan əvvəlki qanuni təmsilçisi isə Murad Dadaşov olub.
Milli.Az