İki nəfəri öldürdü, "əmri tarakandan almışam" dedi

14 Noyabr 2025 17:55

ABŞ-nin Nyu Meksiko ştatında qeyri adi qətl hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə ilə bağlı saxlanılan iyirmi beş yaşlı Aleksis Ernandes polisə verdiyi ifadədə qətl qərarını evdə gördüyü bir tarakanın ona gizli mesaj göndərdiyi düşüncəsi ilə verdiyini bildirib.

İstintaq materiallarında yazılır ki, şübhəli evin havalandırma sistemindən gələn səsləri özünə göstəriş kimi qəbul edib və həmin səslərin onu yönləndirdiyini iddia edib. Onun saxlanıldığı zaman üzərindən odlu silah və hərbi təyinatlı bıçaq çıxıb.

Polis hadisə yerində iki nəfərin odlu və kəsici alətlərlə öldürüldüyünü müəyyən edib. Şübhəli ifadəsində ev sahibinin tarakanlardan xoşlanmadığını bildiyini və bu səbəbdən həmin həşəratların guya onu qisas üçün seçdiyi düşüncəsinə qapıldığını deyib. O, əvvəlcə ev sahibini sonra isə evdə olan digər şəxsi öldürdüyünü etiraf edib.

Hadisə qeyri adi motivi ilə ölkədə geniş müzakirələrə səbəb olub. İstintaq davam edir və şübhəlinin psixi vəziyyəti həkimlər tərəfindən araşdırılır.

İsmayıl
Milli.Az