Ən sağlam süd növü açıqlandı– İnək südü siyahıda deyil

15 Noyabr 2025 05:05

Son araşdırmalar südlərin qida dəyərini müqayisə edərək ən faydalı növü müəyyən edib. Mütəxəssislərin açıqlamasına görə, ən yüksək qida dəyərinə malik süd keçi südü hesab olunur.

Milli.Az xəbər verir ki, qidalanma üzrə mütəxəssislər bildirirlər ki, keçi südü tərkibindəki yüksək kalsium, maqnezium, fosfor və A vitamini ilə həm uşaqlar, həm də böyüklər üçün daha faydalı nəticələr göstərir. Onun zülak strukturu insan orqanizmi tərəfindən inək südündən daha asan həzm edilir, bu isə xüsusilə mədə-bağırsaq həssaslığı olan insanlar üçün üstünlükdür.

Araşdırmada qeyd olunur ki:

Keçi südü allergiya riskini azaldır

Dəri və sümük sağlamlığını yaxşılaşdırır

Laktoza miqdarı nisbətən az olduğundan bəzi insanlarda daha rahat qəbul olunur

İmmunitet sistemini gücləndirir

Mütəxəssislər həmçinin bildirirlər ki, keçi südünün tərkibindəki yağ turşuları bədən tərəfindən tez enerji kimi istifadə olunur və artıq çəki yaratmır.

Nəticə olaraq, qida dəyəri və həzm olunma üstünlüklərinə görə keçi südü ən faydalı süd növlərindən biri kimi önə çıxır.

Fidan
Milli.Az