Xəbər verdiyimiz kimi, pop ulduzu Röya Ayxanın konserti baş tutub.
Milli.Az xəbər verir ki, gecənin ən maraqlı məqamlarından biri Mətanət İsgəndərlinin gəlini Canananın sənətçiyə etdiyi sürpriz olub.
O, səhnəyə yaxınlaşaraq Röyaya böyük "Barbi gəlinciyi" hədiyyə edib. Bu hədiyyə ətrafında baş tutan dialoq həm salonu, həm də sosial şəbəkələri güldürüb.
Röya zarafatl şəkildə bunları deyib:
"Ay gəlinlərin Şahı... Sən də nöqtəni vurdun! Səndən sonra özümə baxıb gəlinliyimə şükür elədim".
Sənətçinin bu atmacası konsert salonunda alqışlarla qarşılanıb və sosial mediada da maraq doğurub.
Konsertin ümumi atmosferi, sürprizlər və Röyanın enerji dolu performansı gecəni daha da yaddaqalan edib.
Musa
Milli.Az