Gürcüstan sərhədində qəzaya uğrayan Türkiyə yük təyyarəsindəki 20 şəhid əsgərdən biri olan Əhməd Yasir Kuyucu ilə bacısının son mesajı üzə çıxıb.
Milli.Az xəbər verir ki, bacısı hərbçi qardaşına yuxusunda onun şəhid olduğunu gördüyünü yazıb.
Ahmet isə bacısına - "Kaş ki, belə bir şey olsa", - deyə cavab verib.

Qeyd edək ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan heyət üzvləri də daxil olmaqla 20 hərbçi həlak olub.
Fidan
Milli.Az