Türkiyə vətəndaşı Gürcüstanda meşədə ölü tapıldı

14 Noyabr 2025 16:44

Gürcüstanın Marneuli bələdiyyəsinin Sabirkənd yaxınlığındakı meşəlik ərazidə tərk edilmiş avtomobildə güllələnmiş kişi meyiti aşkarlanıb.

Milli.Az xəbər verir ki, araşdırmalar nəticəsində həmin şəxsin Türkiyə vətəndaşı olduğu müəyyən edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub, meşəlik ərazi mühasirəyə alınıb və istintaq qrupları səhər saatlarından etibarən araşdırmaları davam etdirir.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi - qəsdən adam öldürmə - üzrə cinayət işi başladıldığını bildirib. Maddəyə əsasən, təqsirli bilinən şəxsi 7 ildən 15 ilədək həbs cəzası gözləyir.

Milli.Az