15 noyabr tarixindən "WhatsApp" bir çox köhnə smartfonda yeniləmə dəstəyini dayandırır.
Milli.Az xəbər verir ki, şirkət bildirib ki, tətbiqə əlavə edilən yeni funksiyalar köhnə cihazların texniki imkanlarına uyğun gəlmir və bu səbəbdən 2016-cı ildə buraxılan bəzi modellər artıq proqramdan istifadə edə bilməyəcək.
İlk mərhələdə bu telefonlar yeniləmə ala bilməyəcək, daha sonra isə "WhatsApp"a tam giriş mümkün olmayacaq.
Yeniləmə dəstəyi kəsilən populyar telefonlar
Android:
Huawei Mate 9 Pro
Samsung Galaxy S7
Xiaomi Mi Note 2
HTC 10 evo
Sony Xperia XZ
Xiaomi Mi 5 Pro
Samsung Galaxy C9 Pro
iOS:
iPhone 6
iPhone 6s
"WhatsApp"ın qərarından yüzlərlə fərqli model təsirlənəcək. Ekspertlər köhnə cihaz istifadəçilərinə məlumatların ehtiyat nüsxəsini çıxarmağı və uyğun yeni telefonlara keçməyi tövsiyə edirlər.
Fidan
Milli.Az