"Şamaxinka"da avtobus dayanacağı problemi nə vaxt həll olunacaq? - AYNA-dan AÇIQLAMA

14 Noyabr 2025 21:30

Paytaxtın Nəsimi rayonu Moskva prospektini 76 deyilən ərazidə ilin hər fəslində insanlar qışda yağışın, qarın altında, küləkdə dayanan sərnişinlər artıq beziblər. 

Milli.Az xəbər verir ki, vətəndaşların sözlərinə görə, onlar bu haldan çox əziyyət çəkirlər:

"Dayanacaq quraşdırılsa, daha yaxşı olar. Bu vəziyyətdə avtobus gözləmək çox çətindir".

Məsələ ilə bağlı AYNA-dan bildirildi ki, avtobus dayanacaq pavilyonları quraşdırılan zaman yol infrastruktunun vəziyyəti mütləq qaydada nəzərə alınmalıdır. Sözügedən ünvana əməkdaşlarımız tərəfindən baxış keçirildi. Həmin ərazidə dayanacaq olsa da infrastruktur şəraitinə görə quraşdırmaq mümkün olmayıb. Problemin həlli müvafiq qurumlarla birgə iş aparıldıqdan sonra mümkün olacaq. 

Aysel Əkbər
Milli.Az