Bəhruz Quliyev daha sonra "Səs" qəzetinin həftədə bir dəfə nəşrinə və kollektivin azaldılmasına zərurət yarandığını açıqlayıb.
-------
13:08
"Səs" qəzeti fəaliyyətini dayandırır.
Milli.Az xəbər verir ki, bu barədə qəzetin Baş redaktoru Bəhruz Quliyev məlumat verib.
Bildirib ki, 35 ildir fəaliyyət göstərən kollektivlə son dəfə iclas keçirilib və müzakirələr aparılıb:
"Müzakirələrdən sonra qəzetin bağlanmasına qərar verilib".
Qeyd edək ki, "Səs" qəzeti 1990-cı ilin noyabrında "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-də dərc olunmağa başlayıb. Qəzetin ilk redaksiyası AMEA-nın Fizika İnstitutunun 6-cı mərtəbəsində olub. "Səs" qəzetinin ilk baş redaktoru Ağabəy Əsgərov olub.
Mina Mikayılova
Milli.Az