"Yeni Klinika"da ana doğuş zamanı öldü, körpəsi sağ qaldı

14 Noyabr 2025 11:25

"Yeni Klinika"da doğuş zamanı ölüm faktı qeydə alınıb.

Milli.Az-ın əldə etdiyi məlumata görə, paytaxt sakini Nərmin Əliyeva doğuş üçün "Yeni Klinika"ya üz tutub. Doğuş zamanı isə Nərmin Əliyeva vəfat edib, körpə isə sağ qalıb.

Hazırda körpənin xüsusi şəraitdə saxlanıldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mehman Əsədov
Milli.Az