67 yaşlı dünya ulduzunun açıq-saçıq FOTOları müzakirə yaratdı

16 Noyabr 2025 03:03

Madonna yubiley albomunun təqdimatı öncəsi yeni fotosessiyası ilə sosial mediada böyük maraq yaradıb.

Milli.Az-ın xarici KİV-ə istinadən xəbərinə görə, 67 yaşlı pop ulduzu yeni albomu üçün hazırlanan tizer çəkilişində cəsur obrazı ilə diqqət çəkib. Madonna şəffaf, geniş yaxalı don, torlu corablar, qəhvəyi Gucci xəz paltosu və qızılı Gina ayaqqabıları ilə poz verib.

Digər fotosessiyada isə o, parlaq qara gödəkçə və bəzəkli cins şalvarla pilləkənlərdən enərkən görüntülənib. Dodaqlarında siqaret, üzündə günəş eynəyi və barmaqsız qara əlcəklər onun obrazına retro ab-havası qatıb.

Sənətçi paylaşımlarına belə şərh yazıb:

"Disko dövrü hələ də yaşayır! 'Confessions On A Dance Floor' mahnısını yenidən dinləmək böyük zövqdür. Şkafımda həmin dövrə aid Gina rəqs ayaqqabıları və Gucci gödəkçəsi tapdım. Rəqslərə başlamağın vaxtıdır! Gələn il 'Confessions Part 2'ni sizinlə paylaşmaq üçün həyəcanlanıram".

Yeni buraxılış - "Confessions On A Dance Floor: Twenty Years Edition" - orijinal albomun 20 illiyinə həsr olunub və 20 trekdən ibarətdir: fasiləsiz miks şəklində orijinal siyahı və əlavə səkkiz yeni mahnı.

Musa
Milli.Az