iPhone 17 Pro Max-ın satış qiyməti istehsal dəyərini dəfələrlə üstələyir.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, smartfonun 256 GB yaddaşa malik versiyasının istehsalı şirkətə təxminən 408 dollara başa gəlir.
ABŞ bazarında isə həmin model 1 200 dollara satılır.
Cihazın ən bahalı komponentləri prosessor, 5G-modem, kamera sistemi və displeydir. Bu dörd əsas hissə üçün ümumilikdə 340 dollar xərclənir ki, bu da telefonun istehsal dəyərinin təxminən 83 faizini təşkil edir.
Daha xırda detallar arasında korpusun qiyməti 20 dollar, 256 GB yaddaşın dəyəri 20 dollar, operativ yaddaşın dəyəri isə 22 dollar göstərilir.
Qeyd olunur ki, satış qiyməti ilə istehsal dəyəri arasındakı böyük fərq "Apple"ın xalis gəliri kimi qiymətləndirilməməlidir. Şirkət məhsulun hazırlanması, proqram təminatı, keyfiyyətə nəzarət, logistika, marketinq və servis xidmətlərinə də ciddi vəsait sərf edir.
Musa
Milli.Az