Sumqayıt - Bakı marşrutları üzrə neçə sərnişin daşınıb? - RƏSMİ

14 Noyabr 2025 17:30

Sumqayıtdan Bakı istiqamətində hərəkət edən avtobusların fəaliyyətə başladığı gündən etibarən daşınan sərnişinlərin sayı açıqlanıb.

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq "BakuBus" MMC-dən məlumat verilib.

Bildirilib ki, "BakuBus" MMC-nin istismarında olan 595 nömrəli müntəzəm marşrut xətti 2024-cü ilin yanvar ayından, 594 nömrəli müntəzəm marşrut xətti 2024-cü ilin dekabr ayından, 503 nömrəli müntəzəm marşrut xətti isə 2025-ci ilin sentyabr ayından etibarən fəaliyyət göstərir

"Hər üç marşrut xətti istifadəyə verildiyi gündən bu günə qədər 5 milyondan çox sərnişinin daşınmasını təmin edib və paytaxtda ictimai nəqliyyat üzrə hərəkət axınının tənzimlənməsinə mühüm töhfə verib. "BakuBus" MMC olaraq, sərnişin tələbatı daim nəzərə alınır, marşrut şəbəkəsinin optimallaşdırılması və xidmət keyfiyyətinin artırılması istiqamətində mütəmadi olaraq işlər həyata keçirilir".

Mina Mikayılova
Milli.Az