ABŞ-da yerləşən "Google" Korporasiyası "Gemini" süni intellekt (Sİ) sistemi vasitəsilə istifadəçilərin şəxsi məlumatlarını qanunsuz olaraq izləməkdə ittiham olunur.
Milli.Az xəbər verir ki, iddia Kaliforniyanın San Xose şəhərindəki federal məhkəməyə təqdim edilib.
Bildirilir ki, "Google" ehtimal ki, "Gemini" dəstək funksiyasından istifadəçilərin Gmail və "Google Chat"da şəxsi rabitələrini, eləcə də "Google Meet" platformasında video konfranslarla bağlı məlumatları toplamaq və saxlamaq üçün istifadə edir.
Əvvəllər bu funksiya bu tətbiqlərin istifadəçiləri tərəfindən əl ilə aktivləşdirilirdi. Lakin oktyabr ayından etibarən süni intellekt dəstəyi istifadəçilərin xəbəri və ya razılığı olmadan gizli şəkildə aktivləşdirilib. Lakin bildirilir ki, "Gemini" tətbiqlərin məxfilik parametrləri vasitəsilə deaktiv edilə bilər.
Qeyd edək ki, "Google" Kaliforniyanın 1967-ci il Məxfilik Siyasətini pozmaqda ittiham olunur.
Milli.Az