Sürət qatarında bank kartı ilə ödəniş zamanı problemlər yaranıb.
Milli.Az xəbər verir ki, bu barədə öz sosial şəbəkə hesabında jurnalist Sünbül Hüseynova yazıb.
"Hər gün sürət qatarından istifadə edərkən kart ödənişində problem yaşayıram. Bank kartını vuranda keçid açılmır və işçilər "kart işləmir, başqa kart yoxlayın" deyirlər. Mən də digər kartdan istifadə edirəm və keçid açılır".
Onun sözlərinə görə, növbəti gün sistemdə hər iki kartımdan da vəsait çıxdığı görünür: işləməyən kartdan 1.20 AZN, keçidə icazə verən kartdan isə 0.60 AZN tutulur.
"Əgər kart işləmirsə, onda ondan ödəniş necə çıxa bilər? Stansiya işçilərinə müraciət etdikdə "qaynar xəttə zəng edin" deyirlər, lakin qaynar xətt cavab vermir və işləmir. Niyə 0.60 AZN-lik yol üçün 1.80 AZN ödəməliyəm?" - jurnalist yazıb.
Mina Mikayılova
Milli.Az