Danışdığı qadını şəkilləri ilə şantaj edib adına kredit götürdü

14 Noyabr 2025 10:11

Lənkəran Ağır Cinayətlər Məhkəməsində hədə qorxu yolu ilə pul tələb etməkdə günahlandırılan Cəfər Bayramovun cinayət işi üzrə proses başa çatıb və hökm elan edilib.

Milli.Az xəbər verir ki, hakim Ənnağı Məmmədlinin rəhbərlik etdiyi iclasda Cəfər Bayramovun barəsində qərar verilib. Məhkəmənin hökmünə əsasən o ciddi rejimli müəssisədə cəza çəkmək şərti ilə yeddi il altı ay müddətinə azadlıqdan məhrum olunub.

İttiham materiallarına əsasən Cəfər Bayramov əvvəllər də məhkumluq həyatı yaşamış şəxsdir. O bu ilin mart ayında Lənkəranda tanışı olan Cəmilə Vəliyevanı aldadaraq onun etibarından sui istifadə edib. Qadına guya hüquq mühafizə orqanlarının onların şəxsi münasibətindən xəbərdar olduqlarını deyib və ailə üzvləri arasında rüsvay olacaqları fikri ilə onda qorxu yaradıb. Sonra isə qadından öz adına kredit götürməsini xahiş edib. Kreditin qaytarılacağı barədə ona yalan vədlər verib və nəticədə qadının bankdan aldığı min dörd yüz manat məbləğində pulu mənimsəyərək şəxsi ehtiyaclarına sərf edib.

Hadisədən qısa müddət sonra Bayramov başqa bir tanışı olan Arif Ələkbərova qarşı da oxşar niyyətə düşüb. Arifin guya rüsvayedici videolarının özündə olduğunu bildirərək həmin görüntüləri sosial şəbəkələrə yayacağı ilə onu qorxudub. Bu yolla əvvəlcə iki min manat tələb edib və alıb. Daha sonra isə iki yüz əllı manat və iki yüz manat məbləğində əlavə vəsaitlər götürüb.

Bu hərəkətlər nəticəsində o iki min səkkiz yüz əlli manat məbləğində pulu müxtəlif şəxslərdən hədə qorxu yolu ilə ələ keçirib./Pravda.az

İsmayıl
Milli.Az