Milyardlıq sərvəti var imiş

13 Noyabr 2025 23:52

Türkiyəli müğənni Muazzez Abacının ölümündən sonra sərvəti və mirasının kimə qalacağı barədə iddialar gündəmə gəlib.

Milli.Az xəbər verir ki, Abacının sərvəti arasında Tuzlada villa, Kuzguncuk və Şişli rayonlarında mənzillər, bank hesablarında yüksək məbləğdə nağd pul, bir avtomobil və bir cip yer alır.

Bəzi mediada yer alan "1,2 milyard dollarlıq sərvət" iddiası isə rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.

Ustad sənətçinin tək övladı olan qızı Saba Abacı onun qanuni varisi kimi qeyd olunur. Lakin hələlik ailə və ya rəsmi qurumlar tərəfindən bu mövzuda rəsmi açıqlama verilməyib.

Muazzez Abacı ürək probleminə görə bir neçə gün öncə reanimasiyaya yerlşdirilib. Həkimlərin bütün səyinə baxmayaraq, 78 yaşında dünyasını dəyişib.

Lalə Qüdrətova
Milli.Az