Rusiyada qırıcı təyyarə qəzaya uğradı - Ölənlər var

13 Noyabr 2025 21:40

Rusiyanın şimal-qərbində yerləşən Kareliya Respublikasının paytaxtı Petrozavodsk yaxınlığında qırıcı təyyarə qəzaya uğrayıb.

Milli.Az publika.az-a istinadla xəbər verir ki, bu barədə SHOT "Telegram" kanalı məlumat yayıb.

Kanalın mənbəsinin verdiyi məlumata görə, qəzaya uğrayan qırıcı Su-27 modelidir. Hadisə şəhər aeroportunun yaxınlığında baş verib - təyyarə meşəlik əraziyə düşüb.

Lakin "112" "Telegram" kanalı bunun "Su-30" modeli olduğunu bildirib. Həmçinin kanalın mənbəsi ekipajın iki üzvünün öldüyünü qeyd edib.

Hadisə yerinə təcili yardım xidmətləri göndərilib.

Milli.Az