Məşhur aparıcı xərçəngə yoluxdu - FOTO

15 Noyabr 2025 00:11

Türkiyəli aparıcı və yazar Ece Vahapoğlu iki aydır bağırsaq xərçəngi müalicəsi aldığını açıqlayıb.

Milli.Az xəbər verir ki, sosial media hesabından paylaşım edən Vahapoğlu bu müddət ərzində keçirdiyi təcrübələri və hisslərini səmimi şəkildə bölüşüb.

Vahapoğlu bildirib ki, ona xərçəng diaqnozu qoyulub və dərhal müalicəyə başlanılıb. "Çox şükür, üçüncü kemoterapiya seansım bu həftə tamamlandı. Özümü yaxşı hiss edirəm. Həyat nə gətirsə gətirsin, həmişə şükür edirəm," - deyə o, bildirib.

O, sağlam həyat tərzinə - idman, düzgün qidalanma, yoqa və meditasiyaya baxmayaraq xəstəliyə yoluxmasının, müntəzəm tibbi müayinələrin nə qədər vacib olduğunu bir daha göstərdiyini vurğulayıb:

"Mənim qədər sağlam yaşayan, balanslı qidalanan, idman edən birinin də başına gələ bilər... Xahiş edirəm, tibbi müayinələrinizi axsatmayın."

Lalə Qüdrətova
Milli.Az