Təqaüdə göndərilən general yenidən xidmətə qayıtdı

13 Noyabr 2025 16:44

Dövlət Sərhəd Xidməti Akademiyasının keçmiş rəis əvəzi general-mayor Faiq Məmmədov yeni vəzifəyə təyin olunub.

Milli.Az gununsesi.info-ya istinadən xəbər verir ki, Faiq Məmmədov DSX rəisi general-polkovnik Elçin Quliyevin müşaviri vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, Faiq Məmmədov Akademiyadan çıxarıldıqdan bir müddət sonra DSX aparatında çalışsa da, sonradan təqaüdə göndərilmişdi.

Milli.Az