Müğənni Fədayə Laçın görünüşündə etdiyi radikal dəyişikliklə sosial mediada gündəm olub.
Milli.Az xəbər verir ki, sənətçi yeni imicini izləyiciləri ilə paylaşıb. Qısa saç stili və fərqli geyim tərzi ilə diqqət çəkən Fədayə Laçını bir çox izləyicilər tanımaqda çətinlik çəkib.
Sosial şəbəkə istifadəçiləri ifaçının vidosunu "şərh yağışı"na tutaraq, "Tam başqa bir Fədayə görürük", "İnanılmaz dəyişiklik", - kimi rəylər yazıblar.
Qeyd edək ki, Fədayə Laçın son zamanlar sənət fəaliyyətində də yeniliklərə imza atmaqla diqqət mərkəzindədir.
Musa
Milli.Az