Dünyaca məşhur "Balenciaga" brendinin yeni məhsulu sosial şəbəkələrdə böyük rezonans doğurub.
Milli.Az xəbər verir ki, markanın təqdim etdiyi cırıq və köhnəlmiş dizaynlı qırmızı kapüşonlu gödəkçə 40 min türk lirəsinə satışa çıxarılıb.
Maraqlısı odur ki, qeyri-adi görünüşünə baxmayaraq, gödəkçə satışa çıxarıldığı andan etibarən cəmi 24 saat ərzində satış rekordları qırıb.
Qeyd edək ki, "Balenciaga" son illərdə eksperimental və qeyri-ənənəvi geyim dizaynları ilə diqqət mərkəzindədir.
Hüseyn
Milli.Az