Gəncədə kafedə azyaşlıya qarşı zorakılıq etmiş Nizami Məmmədov və oğlu Əjdər inzibati məsuliyyətə cəlb edilib.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, şəhər sakini Ş.Məhərrəmova Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nə müraciət edərək N.Məmmədovdan şikayət edib.
O bildirib ki, şəhərin Poçt qəsəbəsində yerləşən kafedə hesabın məbləğinə görə oranın sahibi olan Nizami adlı şəxslə mübahisə edib. Bu zaman Nizami onları kafedən qovub və 2019-cu il təvəllüdlü oğlunun başına bıçağın dəstəyi ilə zərbə endirib.
Şikayətçi kafe sahibinin hadisə anı sərxoş halda olduğunu iddia edib.
Müraciətlə bağlı polis əməkdaşları kafeyə gəlib və bu zaman Nizami Məmmədovla oğlu Əjdər müqavimət göstərərək polisin qanuni tələbinə qarşı çıxıblar.
Saxlanılan şəxslər bölməyə aparılıb və İnzibati Xətalar Məcəlləsinə əsasən barələrində protokol tərtib edilib.
Gəncə Şəhər Məhkəməsinin qərarı ilə Əjdər 18 sutkalıq inzibati həbs olunub. Atasının səhhəti isə nəzərə alınaraq onun barəsində həbslə bağlı olmayan tədbir görülüb.
Milli.Az