Rusiyanın ən böyük neft emalı zavodu BAĞLANDI

13 Noyabr 2025 15:45

Rusiyanın Orenburq vilayətindəki ən böyük neft emalı müəssisələrindən biri - "Orsknefteorqsintez" (OrskNOS) zavodu qəza səbəbindən fəaliyyətini tamamilə dayandırıb.

Milli.Az xəbər verir ki, "Forteinvest" şirkətinə məxsus zavodda avadanlıq modernləşdirilməsi zamanı yanğın baş verib, alov sonradan söndürülüb.

Bundan əlavə, müəssisə noyabrın 11-də PUA hücumuna məruz qalıb.

Zavodun ən azı bir həftə işləməyəcəyi, bunun isə təxminən 70 min ton xammal itkisinə səbəb olacağı bildirilir. "OrskNOS" vilayətin yanacaq tələbatının 40 faizini qarşılayır.

Milli.Az