“Real”a Alonsonun yerinə ulduz məşqçi GƏLİR?

13 Noyabr 2025 16:30

"Real Madrid"in rəhbərliyinin dünyaca məşhur alman məşqçi Yurgen Kloppu komandanın sükanı arxasına keçirmək istədiyi iddia olunub.

Milli.Az xəbər verir ki, "El Nacional" qəzetinin məlumatına görə, İspaniya nəhənginin Çempionlar Liqasında  "Liverpul"a 1:0 hesabı ilə məğlubiyəti və ardınca La Liqada "Rayo Valyekano" ilə 0:0 hesablı heç-heçəsi buna səbəb olub.

Sözügedən matçlarda "Kral klubu"nun rəhbərliyi Xabi Alonsonun oyunundan narazı qalıb.

Hüseyn
Milli.Az