İstilik sisteminə görə sayğacların quraşdırılmasına başlandı

13 Noyabr 2025 12:50

Bu il 60 ədəd istilik sayğacı alınıb.

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib.

Qurumdan qeyd olunub ki, onlar pilot layihə çərçivəsində Nizami rayonundakı bəzi binalarda quraşdırılır.

Bildirilib ki, layihə hələlik yalnız bina səviyyəsində tətbiq olunur və mənzillərə ayrıca sayğaclar qoyulmur:

"Hazırda ödənişlər bu sayğaclarla hesablanmır. Gələcəkdə əhali istehlakçı qrupu üçün sayğacların "Azəristiliktəchizat" ASC və ya dövlət tərəfindən təmin edilməsi, qeyri-əhali qrupu, yəni müəssisələr üçün isə sayğacların onların öz vəsaiti hesabına alınması planlaşdırılır".

Mina Mikayılova
Milli.Az