Fazil Mustafaya sui-qəsd edən şəxsin oğluna hökm oxundu

13 Noyabr 2025 11:55

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Əbülfəz Səricanova 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Xatırladaq ki, Əbülfəz Səricanov DTX tərəfindən həbs edilib.

Ona DTX-də başlanılmış cinayət işi üzrə AR Cinayət Məcəlləsinin 28.277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə cinayətinə hazırlıq) maddəsi ilə ittiham elan olunub.

Qeyd edək ki, məhkəmə prosesləri qapalı keçirilib.

Milli.Az