Bakıda məşhur restoranda PARTLAYIŞ: ölən var

13 Noyabr 2025 11:33

Bakıda restoranda partlayış olub.

Milli.Az xəbər verir ki, lent.az-ın əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl Bakıxanov qəsəbəsində yerləşən "La Villa" restoranında qeydə alınıb. 

Restoranın mətbəxində baş vermiş partlayışda Məlahət Cəfərova xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən qadın dünən orada ölüb. 

Faktla bağlı araşdırma aparılr. 

Milli.Az