"Real" stadionunun adını və loqosunu DƏYİŞDİ - FOTO

13 Noyabr 2025 12:00

Madrid təmsilçisi "Real Madrid" ev stadionunun yeni adını və loqotipini ictimaiyyətə təqdim edib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, stadion bundan sonra sadəcə "Bernabeu" adlanacaq.

Yeni loqotipdə şaquli lentlə kəsişən dörd paralel xəttdən ibarət stadion silueti əks olunub.

Klub rəhbərliyi ad dəyişikliyinin korporativ və marketinq məqsədləri daşıdığını bildirib.

Tural
Milli.Az